“Arsenal” Sançesə rekord məbləğdə əmək haqqı təklif etdi

  Bölmə: İdman | 27 | 16:00 11-08-2017

İngiltərənin “Arsenal” klubu futbolçusu Aleksis Sançesə rekord məbləğdə əmək haqqı təklif edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, London təmsilçisi 29 yaşlı çilili hücumçuya həftəlik 300 min funt sterlinq ödəməyə hazırdır.

Əgər onunla klub arasında razılıq əldə olunsa, A.Sançes İngiltərinin ən çox ödəniş alan futbolçusu olacaq.

Hazırda ən çox ödəniş alan futbolçu həftəyə 290 min funt sterlinq alan “Mançester Yunayted”in fransalı yarımmüdafiəçisi Pol Poqbadır. 

Qeyd edək ki, A.Sançes 2017/2018 mövsümünün sonuna qədər olan müqaviləsinə əsasən, həftəlik 140 min funt sterlinq qazanır. Onun xidmətindən “Mançester Siti” və PSJ klublarının maraqlı olduğu bildirilir.

E.Ə.


Digər xəbərlər

0.425940990448