Salyanın keçmiş icra başçısı əmlaklarını satışa çıxarıb ölkədən getdi

  Bölmə: Cəmiyyət | 27 | 16:15 11-08-2017

Salyan rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimov Azərbaycanı tərk edib.

Oxu.Az xəbər verir ki, “Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, keçmiş icra başçısı Türkiyədəki evinə köçüb. 

Onun Azərbaycandan birdəfəlik getdiyi deyilir. Hətta Azərbaycandakı biznesini də xaricə köçürür. Bu məqsədlə də Tahir Kərimov Azərbaycandakı ev və digər daşınmaz əmlaklarını satışa çıxarıb. 

Faktı dəqiqləşdirmək üçün Tahir Kərimovla telefon əlaqəsi saxladıq. 

O, hazırda Azərbaycanda olmadığını təsdiqləsə də, telefonu dərhal söndürdü. 

Xatırladaq ki, Tahir Kərimovun qardaşı olan Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisi müavini, polis mayoru Azər Kərimzadə şiddətli töhmət verilməklə işdən çıxarılıb. 

A.Kərimzadə Daxili İşlər Nazirliyinin (DİN) Baş Kadrlar İdarəsinin sərəncamına götürülüb.

O, xidmətdə yol verdiyi ciddi qanun pozuntularına, əməliyyat-axtarış fəaliyyətini düzgün icra etmədiyinə görə işdən çıxarılıb.

Onu da bildirək ki, Tahir Kərimovun adı bir neçə korrupsiya əməlində hallanır. Onun icra başçısı işlədiyi dövrdə bir neçə iş adamından və digər şəxslərdən külli miqdarda pul alması ittihamları səsləndirilir. 

E.Ə.


Digər xəbərlər

0.62786602973938