“Fənərbağça” “Zenit”in braziliyalı futbolçusunu icarəyə götürür

  Bölmə: İdman | 18 | 18:06 11-08-2017

Türkiyənin “Fənərbağça” klubu Rusiya təmsilçisi “Zenit”də forma geyinən Juliano Viktor de Paulanı icarəyə götürür.

Oxu.Az Report-a istinadən xəbər verir ki, artıq bununla bağlı danışıqlar başlayıb. 

İyirmi yeddi yaşlı braziliyalı yarımmüdafiəçi bu gün Bakı vaxtı ilə saat 19:30-da İstanbula gələcək və tibbi yoxlanışdan keçəcək.

Qeyd edək ki, Juliano ötən mövsüm “Zenit”in heyətində 30 oyuna çıxıb və 8 qol vurub.

E.Ə.


Digər xəbərlər

0.43607378005981