Dünyanın ən yaşlı kişisi vəfat edib

  Bölmə: Dünya | 18 | 20:36 11-08-2017

Dünyanın ən yaşlı kişisi İsrael Kristal 113 yaşında İsraildə vəfat edib.

Oxu.Az-ın i24news nəşrinə istinadən məlumatına görə, Kristal Polşada doğulub.

İkinci Dünya müharibəsini o, ailəsi ilə birlikdə düşərgələrdə keçirib.  Lodzinskdə onun iki uşağı ölüb. Sonradan Osvençimdə Kristalın həyat yoldaşı qətlə yetirilib.

1950-ci ildə o, İsrailə köçüb və həyatının son günlərini Hayfa şəhərində keçirib. 

Kristal sentyabrın 15-də 114 yaşını qeyd etməli idi.

S.B.


Digər xəbərlər

0.3594069480896