Misirdə iki qatar toqquşub – 36 ölü + YENİLƏNİB

  Bölmə: Dünya | 18 | 20:45 11-08-2017

Misirdə iki sərnişin qatarının toqquşması nəticəsində 36 nəfər ölüb, 120 nəfər xəsarət alıb.

Oxu.Az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misir Səhiyyə nazirliyinin məlumatında bildirilir.

20:44

Misirin İsgəndəriyyə şəhərində iki qatar toqquşub.

Oxu.Az Ahram Online nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində 28 nəfər ölüb, 74 nəfər yaralanıb.

Qatarlardan biri Qahirədən, digəri Port-Səid şəhərindən gəlirdi.

Qəza yerinə çoxlu sayda təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

S.B.


Digər xəbərlər

0.42833399772644