Useyn Boltdan Ramil Quliyevə – JEST

  Bölmə: İdman | 27 | 22:54 11-08-2017

Əfsanəvi yamaykalı atlet Useyn Bolt azərbaycanlı idmançı Ramil Quliyevi Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanması münasibəti ilə təbrik edib.

Oxu.Az-ın xəbərinə görə, U.Bolt sosial şəbəkələrdə özü, Ramil Quliyev və məşqçisi Oleq Muxinlə fotosunu paylaşıb.

“Mövqeyini qorumağı arzulayıram, çox sevindim”, - idmançı fotoya şərhdə yazıb.

Qeyd edək ki, Useyn Bolt artıq karyerasını bitirir. Londonda keçirilən dünya çempionatında o, 100 metr məsafəyə qaçışda çıxış edib və gözlənilmədən 3-cü yeri tutub. 

Əfsanəvi idmançı dünya çempionatından sonra karyerasını bitirəcəyi bildirib.

S.B.


Digər xəbərlər

0.40737509727478