Bakıda qızıl oğrusu tutuldu

  Bölmə: Kriminal | 9 | 03:06 12-08-2017

Paytaxtın Nizami rayonu ərazisindəki evlərdən birindən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmin Cəfərov tutulub.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də rayon ərazisindəki evlərdən birindən 1700 manat, 75 ABŞ doları, habelə 10000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Cəfərov tutulub.

S.B.


Digər xəbərlər

0.51183915138245