Mənzildə 85 yaşlı qadının meyiti tapılıb

  Bölmə: Kriminal | 18 | 12:33 12-08-2017

Bakıda meyit tapılıb.
 
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayış evində qadın meyitinin aşkar edilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Hadisə yerinə baxış keçirilərkən meyiti tapılan şəxsin elə həmin evin sahibi, 1932-ci il təvəllüdlü Antonina Vladimirovna Bibayeva olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. 

L.Ə.


Digər xəbərlər

0.46209096908569