QMİ: Müqəddəs şəhərlərə ziyarətlər Həccdən sonra təşkil olunacaq

  Bölmə: Cəmiyyət | 18 | 15:03 12-08-2017

Azərbaycandan Kərbəla, Məşhəd, Nəcəf və digər müqəddəs şəhərlərə ziyarətlərin təşkili istiqamətində hazırlıq işləri görülür.

Bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. 44

Bildirilib ki, hazırda idarə Həcc ziyarətinin təşkili ilə məşğuldur: 

“Həcc ziyarəti başa çatdıqdan sonra müqəddəs şəhərlərə ziyarətlər təşkil olunacaq”.

Məlumata görə, müqəddəs şəhərlərə ziyarətləri yalnız QMİ təşkil etməyəcək: 

“QMİ ilə bərabər digər şirkətlər də müqəddəs şəhərlərə ziyarətlərin təşkilini həyata keçirir”. 

S.B.


Digər xəbərlər

0.44918394088745