Polis Mingəçevirdə əməliyyat keçirib

  Bölmə: Kriminal | 27 | 16:42 12-08-2017

Mingəçevir şəhər sakini Tural Qədirovdan 4 kiloqram 105 qram marixuana götürülüb.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, avqustun 11-də Şəki ŞRPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş T.Qədirovdan 4 kiloqram 105 qram marixuana götürülüb.

Aparılan tədbirlərlə onun Aydınbulaq kəndi ərazisindəki meşə zolağında kultivasiya yolu ilə yetişdirdiyi 17 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.

S.B.


Digər xəbərlər

0.47608590126038