Marketdən aldığı şokoladın içindən qurd çıxdı – FOTO

  Bölmə: Cəmiyyət | 36 | 17:06 12-08-2017

Nəcəfquli Rəfiyev küçəsində yerləşən “Neptun” supermarketindən alınmış şokolad qurdlu çıxıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Qafqazinfo”ya müraciət edən alıcı uşaq şokoladı yeyərkən onun qurdlandığını gördüyünü deyib:

“1 yaşlı uşaq şokoladı yeyərkən onun qurdlandığını gördük. Dərhal uşağı özəl xəstəxanaların birinə apardıq. “Neptun” supermarketlər şəbəkəsindən alış-veriş edən insanlara bildirmək istəyirəm ki, diqqətli olsunlar”, - deyə şikayətçi vurğulayıb.

S.B.


Digər xəbərlər

0.56532716751099