Rusiyanın hərbi gəmiləri Bakı limanını tərk edib

  Bölmə: Siyasət | 36 | 20:45 12-08-2017

Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının gəmiləri avqustun 12-də Bakı limanını tərk edib.

Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, “Qrad Sviyajsk” kiçik raket və “SB-45” xilasetmə yedək gəmiləri Azərbaycanda keçirilən “Dəniz kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək üçün iyulun 23-də ölkəmizə gəlmişdilər.

 


Digər xəbərlər

0.65670299530029