"Qəbələ" "İnter"ə qalib gəldi

  Bölmə: İdman | 36 | 22:15 12-08-2017

Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib.

Oxu.Az apasport.az-a istinadən xəbər verir ki, yeni mövsümün ilk turunun ikinci günündə "İnter"lə "Qəbələ" qarşılaşıb.

Ötən mövsümün mükafatçıları "İnter Arena"da üz-üzə gəlib. Avropa Liqasında çıxışını başa vuran komandaların dueli qollarla başlayıb.

Belə ki, "Qəbələ" ilk 24 dəqiqədə rəqib qapısına 2 qol vurub. Meydan sahibləri isə yalnız fasilədən sonra qol sevinci yaşaya bilib. Paytaxt təmsilçisi qollardan birinin əvəzini çıxıb.

Qeyd edək ki, dünən start götürən çempionatın ilk oyununda "Neftçi" öz meydanında "Qarabağ"a uduzub - 1:3.

L.Ə.


Digər xəbərlər

0.46769309043884