İsveçin Malmö şəhərində atışma: Yaralananlar var

  Bölmə: Dünya | 27 | 10:39 13-08-2017

İsveçin Malmö şəhərində naməlum şəxs həmkarlar ittifaqının binasına atəş açıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə “Aftonbladet” polisə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, hadisə zamanı 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zamanı binada təxminən 100 nəfər olub. Ərazidə hüquq-mühafizə orqanlarının və təcili yardımın əməkdaşları işləyir.

“Sydsvenskan” isə hadisə ilə bağlı hələlik heç kimin saxlanılmadığını bildirib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

A.M.


Digər xəbərlər

0.54848098754883