Dünya Skaut Komitəsinin rəhbəri: Azərbaycan dünya miqyaslı tədbirlərin təşkil edilməsində peşəkardır

  Bölmə: Cəmiyyət | 9 | 16:51 13-08-2017

Bu həftənin əvvəlində Qəbələdə 130-dan cox ölkədən 320 gəncin iştirakı ilə 13-cü Dünya Skaut Gənclər Forumu (ÜSGF) keçirildi. Bu, iştirakçıların sayına və təmsil olunan ölkələrin müxtəlifliyinə görə skaut hərəkatı tarixinin ən böyük forumudur.

Oxu.Az xəbər verir ki, forumun yekunları ilə bağlı danışan Dünya Skaut Komitəsinin rəhbəri Joao Armando Qonsalves bildirib ki, Dünya Skaut Hərəkatı Təşkilatı dünyanın 224 ölkəsi və regionunda fəaliyyət göstərir və 40 milyon üzvü öz ətrafında birləşdirir.

“Skautunqin əsas üstünlüyü ondan ibarətdir ki, burada böyük nəsillərin hesabına, gənclərə həyatlarında uğur qazanmaq üçün unikal imkanlar yaradılır. Skaut olmaq, həyatın çətin sınaqlarından uğurla çıxmaq, komandada işləmək bacarığı və digər şəxsi göstəricilərini inkişaf etdirməyin yoludu. Nəticədə ən sadə və adi gənclər həyatlarının məqsədinə çatmaq üçün güclü alət qazanmış olur. Skautinqin daha bir vacib tərəfi ondan ibarətdir ki, gənclər özlərini dünya hərəkatının bir parçası kimi hiss edirlər, bütün dünya ölkələrində onlarla həmfikir olan insanlar var. Eyni zamanda bütün dünyada o cümlədə də Qəbələdə keçirdiyimiz forumlarda skautlar bir-biri ilə ünsiyyət yaradır, münasibət qururlar, ətraf mühitin qorunması kimi ciddi problemlərin həlli ilə bağlı müzakirələr aparırlar.

Joao Armando Qonsalves 13-cü Dünya Skaut Gənclər Forumunun təşkilatı məsələlərinə də toxunub. Komitə sədrinin fikrincə, Azərbaycanda turizmin inkişafı və ölkənin dünyada tanıdılması üçün bu cür böyük tədbirlərin Qəbələ və Bakıda təşkil edilməsi düzgün addımdır.

Azərbaycan dünya miqyaslı tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir. Burada Qəbələdə keçirilmiş 13-cü Dünya Skaut Gənclər Forumunu da xüsusi qeyd etmək lazımdı. Azərbaycan bizim bütün gözləntilərimizi aşdı. Bu tək mənin fikrim deyil, eyni zamanda ilk dəfədir ki, Azərbaycanı ziyarət edən yüzlərlə iştirakçının da mövqeyidir. Biz ölkənizin peşəkarlığına əmin olduq. Qəbələnin gözəl təbiətini, insanların mehriban və qonaqpərvərliyindən böyük həzz aldıq.

Bütün iştirakçılar yaxşı təəssüratlarla ölkələrinə dönəcək, bununla öz yaxınları ilə bölüşəcək. Bütün dünya gəncləri, onların valideynləri bu forum sayəsində Beynəlxalq Skautlar Hərəkatının prinsipləri  haqda daha çox məlumat əldə etmiş olacaq.

Dünya Skaut Komitəsinin rəhbəri bildirdi ki, Azərbaycandan getdikdən sonra, onda bu ölkə haqda gözəl təəssüratları qalacaq: “Azərbaycanla fəxr etməmək olmaz. Qəbələ - gözəl dağ və meşələrlə əhatə olunmuş rahat bir regiondur. Amma məni daha çox gözəl memarlıq, mühəndislik üslubunda tikilmiş paytaxt Bakınız təəccüblədirdi.

Əlbəttə mən Azərbaycanın mətbəxindən də zövq aldım. Buranın doyumlu yeməklərin dadı hələ uzun müddət dilimdə hiss olunacaq. Düzdü bu yeməklərin porsiyası mənim üçün çox böyükdür (gülür)...

Xatırladaq ki, 13-cü Ümumdünya Skaut Gənclər Forumunun iştirakçıları - gənc liderlər həmçinin 41-ci Dünya Skaut Konfransında iştirak edəcəklər. Qəbul olunmuş qərarlar Konfransın yekun qərarlarına da daxil ediləcəkdir. Konfrans 14-18 avqustda Bakı Konqres Mərkəzində baş tutacaqdır.

A.M.


Digər xəbərlər

0.46574091911316