Nərgiz Balakişiyeva: Azərbaycan çətin mübarizədə Skautların Forumunu və Konfransını keçirməyə nail oldu

  Bölmə: Cəmiyyət | 9 | 18:30 13-08-2017

Sabah Bakıda 41-ci Dünya Skaut Konfransının açılışı keçiriləcək.

Oxu.Az xəbər verir ki, Bakı Konqres Mərkəzində təşkil olunacaq Konfrans 18 avqust tarixinədək davam edəcək. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək və dünyanın 157 ölkəsindən ümumilikdə 1800-dən artıq skautun qatılacağı bu beynəxalq tədbirlərdə Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) üzvlərinin nümayəndələri, müxtəlif ölkələrdən yüksək vəzifəli qonaqların iştirakı gözlənilir.

Xatırladaq ki, Bu həftənin əvvəlində Qəbələdə 130-dan cox ölkədən 320 gəncin iştirakı ilə 13-cü Dünya Skaut Gənclər Forumu (ÜSGF) keçirildi. Bu, iştirakçıların sayına və təmsil olunan ölkələrin müxtəlifliyinə görə skaut hərəkatı tarixinin ən böyük forumudur.

Möhtəşəm konfrans ərəfəsində 13-cü Dünya Skaut Gənclər Forumunun direktoru Nərgiz Balakişiyeva bildirib ki, Azərbaycan tədbirin keçirilməsi üçün dörd il əvvəl namizədliyi irəli sürüb.  Onun sözlərinə görə, 3 ildən bir keçirilən forumun təşkili üçün namizəd ölkəni digər ölkələrin dəstəkləməsi və səsvermədə qalib gəlmək lazımdır.

“Azərbaycan nümayəndələri çətin mübarizədə Skautların Forumunu və Konfransını ölkəmizdə keçirməyə nail oldu. 3 il əvvəl Sloveniyada keçirilmiş Dünya Skaut Konfransında Azərbaycan rekord göstərici ilə skautinqin güclü ənənələri olan Malayziyaya qalib gəldi.

Gənclər Forumunun keçilməsi üçün məkan kimi Qəbələnin seçilməsi isə təsadüfi deyil. Bizim təşkilatın qaydalarına əsasən, Forum Konfransın keçirildiyi məkandan uzaq olmalıdır. Forumun prinsiplərini nəzərə alaraq, eyni zamanda gənclər üçün qeyri-rəsmi mühitin yaradılması üçün biz, gözəl təbiəti ilə zəngin olan və böyük infrastruktura malik olan Qəbələni seçdik”.

A.M.


Digər xəbərlər

0.56145095825195