Nepalda 58 nəfər təbii fəlakətin qurbanı oldu

  Bölmə: Dünya | 18 | 21:12 13-08-2017

Nepalda leysan yağışlarla əlaqədar  baş verən daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl 49 nəfərin öldüyü bildirilirdi.

Nepal daxili işlər nazirliyinin məlumatına əsasən, 23 nəfər itkin düşüb, 36 min yaşayış evi su altında qalıb, çox sayda iri və xırda buynuzlu heyvan tələf olub.

Təbii fəlakət zonasında axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

A.S.


Digər xəbərlər

0.45136904716492