Almaniyada dünyanın ən nəhəng “süni günəş”ini yaratdılar

  Bölmə: Maraqlı | 117 | 23:00 04-09-2017

Günəş Almaniyanın Yulix şəhərinin aerokosmik mərkəzində (DLR) yaradılıb.

Oxu.Az xarici mətbuata istinadən məlumat verir ki, Synlight adı daşıyan üçmərtəbəli bu qurğu, 20x20 sm sahəlik bir nöqtəyə tuşlanan 150 ədəd 7 kilovattlıq lampadan ibarətdir. 

Alimlər bu günəşin köməyi ilə, təyyarələr və avtomobillər üçün ən ekoloji təmiz yanacaq vasitəsi sayılan hidrogenin, su buxarından ayrılma texnoloqiyasını öyrənmək istəyirlər.

Günəşin hazırlanması 3,5 milyon avroya başa gəlmişdir.


Digər xəbərlər

0.16586112976074