Azərbaycanda mədəsini kiçildənlərin sayı artır

  Bölmə: Maraqlı | 135 | 00:00 05-09-2017

Artıq çəki günümüzün aktual problemlərindən biridir. 

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, son illərin tendensiyasına görə, bəziləri artıq çəkidən mədə kiçiltmə (Sleeve Gastrektomiya) əməliyyatı ilə qurtulmağa çalışırlar. Əməliyyat nəticəsində mədənin böyük əyriliyi tərəfindən bir hissənin uzununa çıxarılması nəticəsində mədə daralmış olur. 

Çıxarılan mədə (fundus) hissəsindən aclıq hissi hormonunun (Grehelin) ifrazı azalır. Azərbaycanda da geniş vüsət almağa başlayan əməliyyatın qiyməti 5500-7000 manat arasında dəyişir.

Mədə kiçiltmə əməliyyatının müddəti, göstərişləri, fəsadları ilə bağlıbariatrik cərrah Anar Namazov bildirib ki, ölkəmizdə bu əməliyyat geniş vüsət almağa başlayıb:

“Artıq çəki günümüzdə insanları narahat edən ən ciddi problemdir. Bütün orqanizmə mənfi təsir göstərir, bir çox xəstəliklərə yol açır. İnsanlar da arıqlamaqla həmin xəstəliklərdən qurtulurlar. Əməliyyatın ana xətti budur. Paralel olaraq arıqlayaraq, incə görünmək özü də bir gözəllikdir.

Daha çox kişilər, qadınlar bu əməliyyata müraciət edir. Kişilər köklüyü o qədər də özlərinə dərd etmirlər. Amma nisbətlə götürsək 4-ün 1-ə nisbətində qadınlar üstünlük təşkil edir.  Praktikamızda ən ağır xəstə 210 kiloqram olub. Əməliyyatdan sonra çəkisinin təxminən 75 faizini itirib. Əməliyyatdan bir il sonra əsaslı effekt görünür. Amma üç-dörd aya nəzərəçarpacaq dəyişiklik hiss edilir.

Mədənin kiçilməsi insanın çoxlu qida qəbul etməsini əngəlləyir. Birinci səbəb budur. Mədədə ifraz olunan bir hormon var. Həmin hormonun azalması da ikinci faktor kimi təsir göstərir. Nəticədə insan az miqdarda qida qəbul etdikdən sonra doyur və xeyli müddət yemək istəmir. Bu da onların heç bir sıxıntı çəkmədən arıqlamasına gətirib çıxarır. Bir növ öz iradələrindən asılı olmayaraq yeməkdən imtina edirlər. Pəhriz dözüm və iradə tələb edir ki, bunu da hər kəs bacarmır. Amma yüksək çəkili insanların normal pəhrizlə arıqlaması təxminən bir faiz təşkil edir. Ona görə də əməliyyatlar geniş vüsət alıb. Bu işin radikal, qalıcı metodu mədə kiçiltmə əməliyyatıdır. Əvvəllər buna son çarə kimi baxılırdı, amma indi ağır çəkili, bədən indeksi qırxın üzərində olanlarda bu tək çarədir”.

E.Ə.


Digər xəbərlər

0.16558194160461