Dolların ucuzlaşmasının üç səbəbi açıqlandı

  Bölmə: İqtisadiyyat | 63 | 13:00 06-09-2017

ABŞ dollarının ucuzlaşması davam edəcək. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu açıqlama ilə Yaponiyanın ən böyük broker şirkəti olan "Nomura"nın valyuta strategiyası üzrə mütəxəssisləri çıxış edib. 

Onların fikrincə, bunun üçün 3 əsas səbəb var. İlk növbədə, ABŞ-a məxsus istiqrazların gəlirliliyinin aşağı olması dolların dəyərdən düşməsini stimuallaşdırır. Bundan başqa, tədiyyə balansının kəsiri dolların məzənnəsinə mənfi təsir göstərir. Kəsirin böyük olması ilə əlaqədar ABŞ xəzinədarlığı investorlara aşağı faiz təklif edir. Vəziyyəti düzəltmək üçün ya dollar ucuzlaşmalıdır ki, ABŞ aktivləri cəlbedici olsun, ya da istiqrazların gəlirliliyi artırılmalıdır. Bunların hər ikisinin də etni vaxtda olması mümkündür. 3-cü səbəb isə ABŞ prezidenti Donald Trampın administrasiyasının ucuz dollar siyasətini dəstəkləməsidir. Siyasi risklər gələcəkdə də dolların məzənnəsinə mənfi təsir göstərə bilər. Avrozonada isə iqtisadi-siyasi vəziyyət getdikcə düzələ bilər. 

Ümumilikdə "Nomura" dolların avro və yenə qarşı ucuzlaşacağını proqnozlaşdırır. 

L.Ə.


Digər xəbərlər

0.15931487083435