Əfqanıstanda terror aktı: Üç Gürcüstan hərbçisi yaralandı

  Bölmə: Dünya | 108 | 00:00 07-09-2017

Əfqanıstanda ABŞ-ın “Baqram” hərbi bazasına hücum zamanı Gürcüstanın üç hərbi qulluqçusu yaralanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatın Gürcüstan Müdafiə nazirliyi yayıb.

Məlumata əsasən, terrorçu-kamikadze bazanın girişində üzərindəki partlayıcı qurğunu işə salıb.

Yaralılardan biri - baş leytenant İveri Buadzenin vəziyyəti ağırdır. Hazırda o, Baqram xəstəxanasında əməliyyat olunur.

Digər yaralı sülhməramlılar hərbi aviasiya bazasının hospitalında intensiv terapiya alırlar.

S.B.


Digər xəbərlər

0.17322301864624