Bakıda gənc oğlan tanışı tərəfindən güllələnib – FOTO + YENİLƏNİB

  Bölmə: Kriminal | 45 | 02:00 07-09-2017

Bakının Sabunçu rayonunda baş vermiş silahlı insidentlə bağlı bəzi təfərrüatlar məlum olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində yaralanan 1991-ci il təvəllüdlü Məhərrəmov Etibar Məhərrəm oğlu tanışı tərəfindən güllələnib.

Yaralı vəziyyəti ağır olduğundan yaxınları tərəfindən özəl klinikaya köçürülüb.

06.09.2017 22:57

Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Balaxanı qəsəbəsinin Gülüstan küçəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Məhərrəmov Etibar Məhərrəm oğlu sol qolunun dirsək nahiyəsini dəlib keçən güllə yarası alıb.

Çoxlu qan itirən E.Məhərrəmov özü polisə məlumat verib və xəstəxanaya gəlib. Həkimlər onun çoxlu qan itirdiyini bildirirlər. Yaralının vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb, hadisənin təfərrüatları araşdırılır.

S.B.


Digər xəbərlər

0.1467080116272