Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti tapıldı

  Bölmə: Cəmiyyət | 63 | 10:00 07-09-2017

Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, sentyabrın 5-də Yuxarı Qarabağ Kanalının Yevlax rayonunun Aran qəsəbəsindən keçən hissəsində batdığı bildirilən 2004-cü il təvəllüdlü Xəlilli Elşən Məhəbbət oğlunun axtarışları başa çatıb.

E.Xəlillinin meyiti FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 08:35-də başa çatıb.

A.M.


Digər xəbərlər

0.22250604629517