Allahşükür Paşazadə Moskvaya getdi

  Bölmə: Cəmiyyət | 54 | 15:00 07-09-2017

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti bu gün Moskvaya gedib.

Oxu.Az xəbər verir ki, QMİ-dən APA-ya verilən məlumata görə, səfər sentyabrın 9-da başa çatacaq.

Səfər çərçivəsində sabah Moskvada bütün Rusiyanın və Moskva patriarxı Kirillin təşkilatçılığı ilə Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qaregin arasında görüş olacaq.

E.Ə.


Digər xəbərlər

0.16832709312439