Avropa Şurasının Bakı ofisinə yeni rəhbər təyin olundu

  Bölmə: Siyasət | 36 | 18:00 07-09-2017

Avropa Şurasının Bakı ofisinin yeni rəhbəri təyin olunub.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Avropa Şurasının mətbuat ofisindən məlumat verilib.
 
AŞ-nın baş katibi Tyornbörn Yaqland bu vəzifəyə Zoltan Hernyesi təyin edib. Yeni səfir vəzifəsinin icrasında sentyabrda başlayacaq.
 
“Zoltan Hernyes Macarıstandan olan, geniş təcrübəyə malik diplomatıdır”, - deyə AŞ-dən bildirilib.
 
Yeni səfirin vəzifəsinin icrasına sentyabrın 14-də başlayacağı gözlənilir.

E.Ə.


Digər xəbərlər

0.19128203392029