Polis Bakıda hissələrə parçalanmış şəxsin görüntüsünü yaydı – FOTO

  Bölmə: Kriminal | 63 | 20:00 07-09-2017

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda hissələrə parçalanmış şəxsin baş hissəsinin fotosunu yayıb.

Oxu.Az-ın xəbərinə görə, fotoşəkli təqdim edilməklə həmin şəxsi tanıyanlardan ərazi polis orqanlarına və ya Bakı şəhər prokurorluğunun (012) 498-11-85 və (012) 498-10-54 nömrəli telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyitinin aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 


Digər xəbərlər

0.15951180458069