Günəşdəki partlayışlar xroniki xəstəlikdən əziyyət çəkənlərə təsir edə bilər

  Bölmə: Cəmiyyət | 54 | 00:00 08-09-2017

Sentyabrın 6-da Günəşdə baş vermiş və son 12 il ərzində ən güclü hesab edilən partlayışın güclü maqnit qasırğasına səbəb olduğu bildirilib.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bu maqnit qasırğası isə xroniki xəstəliklərdən əziyyət çəkən insanların səhhətinin pisləşməsinə gətirib çıxara bilər.

Qeyd edək ki, ən güclü partlayış dünən Bakı vaxtı ilə saat 16:00-da baş verib. Partlayışlar seriyası isə sentyabrın 4-dən qeydə alınıb.

Bundan başqa, Günəşdəki son partlayışlar bu gün Avropa və Amerika ərazisində rabitənin pisləşməsinə səbəb olub.

Mütəxəssislərin fikrincə, bu hadisə kosmik texnika və peyklərin də işinə zərər vura bilər.

S.B.


Digər xəbərlər

0.19909405708313