Bakıda acınacaqlı mənzərə – YENİLƏNİB + VİDEO + FOTO

  Bölmə: Cəmiyyət | 54 | 01:00 08-09-2017

“Azadlıq prospekti” metrostansiyası ətrafında, eləcə də, Rəsulzadə qəsəbəsində, Binəqədi istiqamətinə gedən ərazidə böyük tıxac yaranıb. Vəziyyət o həddə çatıb ki, insanlar avtomobillərini yollarda qoyaraq piyada hərəkət etməyə məcbur olublar. Yüzlərlə sərnişin avtobus dayanacağında qalıb.

Oxu.Az-ın xəbərinə görə, Binəqədi rayon Polis İdarəsindən “Ölkə.Az”a bildirilib ki, əraziyə post-patrul xidmətinin, eləcə də, yol polisi əməkdaşları cəlb olunub.

“Ərazidə böyük tıxac yaranıb. Tıxacın aradan qaldırılması istiqamətində işlər görülür”, – deyə idarədən bildirilib.

Qeyd edək ki, tıxaca Binəqədi istiqamətində yollarda gedən təmir-tikinti işləri səbəb olub. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, təmir işlərinin nə zaman yekunlaşacağı barədə məlumatsızdır.

“Binəqədi rayonu ərazisində, Binəqədi kəndi istiqamətində yollarda təmir işləri aparılır. Yollarda kommunikasiya xətləri çəkilir. Ola bilər ki, bu səbəbdən də, rayon ərazisində tıxac yaranıb. Yol bizim balansımızda olsa da, ərazidə təmir işlərini biz aparmırıq. Gözləyirik ki, işlər yekunlaşsın və həmin istiqamətdə yolları əsaslı təmir edək. Çünki həmin ərazidə yollar sıradan çıxıb. Yolların əsaslı təmir olunmasına ehtiyac var”, - deyə Anar Nəcəfli qeyd edib.

07.09.2017 20:45

Binəqədi qəsəbəsində yolların bağlı olması səbəbindən paytaxtın “Azadlıq prospekti” metrostansiyası ətrafında 300-dən çox sərnişin küçələrdə qalıb. 

Oxu.Az-ın Ölkə.az-a istinadən məlumatına görə, sərnişinlər bir saatdan çox müddət ərzində dayanacaqda avtobus gözləyiblər.

Yolların bağlı olması səbəbindən böyük tıxac yaranıb və avtobuslar lazımı ünvana vaxtında çata bilməyiblər.

Avtobusdan ümidini üzən sərnişinlər mənzil başına piyada getməyi üstün tutublar.

S.B.


Digər xəbərlər

0.18554186820984