Tovuzda toyda kütləvi zəhərlənmə – YENİLƏNİB

  Bölmə: Cəmiyyət | 45 | 02:00 08-09-2017

Tovuz rayonundakı “Turan” şadlıq sarayında keçirilən toy mərasimində zəhərlənənlərin sayı 24 nəfərə çatıb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, daha bir neçə nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib və onlara zəhərlənmə diaqnozu qoyulub. 

Hazırda zərərçəkənlərin kimliyi araşdırılır. Qeyd edək ki, zəhərlənənlərin bəzilərinə ambulator yardım göstərilib. İlkin məlumata görə, mərasim iştirakçıları salatdan zəhərləniblər. 

Faktla bağlı araşdırma aparılır.

07.09.2017 23:59

Tovuz rayonunda “Turan” şadlıq sarayında keçirilən toy mərasimində kütləvi zəhərlənmə olub.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, hadisə nəticəsində zəhərlənən təxminən 20 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanaya yerləşdirilən Elmar Həsənov (1984-cü il təvəllüdlü), Adilə Hüseynova (2008), Zöhrab Məmmədov (1986), Şahin Məmmədov (1958), Lamiyə Hüseynova (2004), Günay Hüseynova (1983), Hamlet Həsənov (1984), Vasif Həsənov (1983), Bağırov Asif (1990), Hüseynova Gülnar (2001), Qasımova Elmira (1958), İsmayılov Samir (1990), Məmmədova Gültəkin (1989), Məmmədova Növrəstə (1967) və Aslanova Məhbubəyə tibbi yardım göstərilib.

İlkin məlumata görə, mərasim iştirakçıları salatdan zəhərləniblər. 

Faktla bağlı araşdırmalara başlanılıb.  

S.B.


Digər xəbərlər

0.16482901573181