Yayın ən populyar klipləri açıqlandı

  Bölmə: İdman | 54 | 11:00 08-09-2017

“Google” yayın ən populyar 25 musiqi klipini açıqlayıb. 

Oxu.Az bu barədə xarici mətbuata istinadən xəbər verir.

“29 maydan 4 sentyabradək, son bir ildə paylaşılmış mahnıları baxış sayına görə sıraladıq”,-deyə məlumatda qeyd olunur. 

İlk pillədə Luis Fonsi və Deddi Yankinin “Despacito” klipi yerləşib. O, 3 milyard baxış toplayaraq, dünya rekordu qırıb.

İkinci sırada Ed Şiranın “Shape of You”, üçüncü sırada isə Malum kimi tanınan Xuan Luis Londonyo Arianın “Feliceslos 4” ifası yer alıb.

Top 25-ə Cey Balvin, Clean Bandit, Ceyson Derulo, Şakira, Bruno Mars, Enrike İqlesias və digər ifaçıların klipləri daxil olub.

Xatırladaq ki, “Despacito” mahnısının klipi “YouTube” tarixində ən çox baxılan video olub.

E.C.


Digər xəbərlər

0.28970789909363