Gömrükdə külli miqdarda mobil telefon aşkarlandı

  Bölmə: Cəmiyyət | 54 | 16:00 08-09-2017

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mobil telefon və aksesuarların gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, idarənin "Sadıxlı" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşı Vüqar Yusifovun idarə etdiyi "Mercedes-Benz 180" markalı, 90 FZ 536 dövlət nömrə nişanlı avtomobilə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı həmin nəqliyyat vasitəsinin sağ və sol karniz bölməsinin kəsilməsi ilə xüsusi düzəldilmiş yerlərində gizlədilən 28 ədəd "Sunlean model S2", 49 ədəd "Xinova T210" markalı mobil telefonlar və mobil telefona aid 98 ədəd adapter, eləcə də, arxa oturacağın arxasında gizlədilən 92 ədəd mobil telefon qutusu aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.


Digər xəbərlər

0.20736503601074