Binəqədidə nə baş verir?

  Bölmə: Cəmiyyət | 45 | 00:00 09-09-2017

Sentyabrın 7-də paytaxtın Binəqədi rayonunda gecə saatlarına qədər davam edən tıxacın səbəbi həmin ərazidə təmir-tikinti işlərinin aparılması olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Trend-ə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

A.Nəcəflinin sözlərinə görə, ki, həmin ərazidə yol yenidən qurulur: 

“Hələ ki, “Azəravtoyol” ASC həmin ərazidə iş aparmır. Amma, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və “Azəriqaz” İstehsalat Birliyi yolda qaz və su xətlərini yeniləyir. Buna görə yolun bir hissəsi qazılıb. Ola bilsin ki, ona görə tıxac yaranıb”.

Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, hazırda təmsil etdiyi qurum həmin ərazidə yolun hərəkət hissəsində heç bir iş görmür: 

“Düzdür, bizim qurum həmin ərazidə yağış suları üçün kanalizasiya kollektoru tikirdi, su xətlərini yeniləyirdi. Lakin, sentyabrın 6-sı və 7-də həmin ərazidə “Azərsu” tərəfindən iş getməyib. Biz yağış suları üçün xətlərin tikintisini də, su borularının çəkilişini də başa çatdırmışıq. 3 aydan artıqdır orada iş görürük, həmin ərazidə nə tıxac yaranmışdı, nə yol bağlanmışdı. İndi orda əsas işləri görmüşük və sentyabrın 7-də həmin ərazidə heç bir iş görülməyib. Hazırda həmin yolda yalnız su borularının birləşdirilməsi prosesi qalıb ki, bu da yolun hərəkət hissəsində deyil, kənardadır. Yəni yolda tıxac yaranmasının bizim işimizlə heç bir əlaqəsi yoxdur”.

S.B.


Digər xəbərlər

0.14285707473755