İlham Əliyev İosif Kobzonu təltif edib

  Bölmə: Siyasət | 18 | 16:00 09-09-2017

Azərbaycan Prezidenti İlham Əliyev İosif Davıdoviç Kobzonu fəxri diplomla təltif edib.

Oxu.Az-ın xəbərinə görə, dövlət başçısı İ.D.Kobzonun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə İosif Davıdoviç Kobzon “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”, - sərəncamda deyilir.

S.B.


Digər xəbərlər

0.15027403831482