Xoşqədəm Baxşəliyeva onu pis vəziyyətə salan həkimi məhkəməyə verir

  Bölmə: Şou-biznes | 54 | 17:00 09-09-2017

Tanınmış telejurnalist Xoşqədəm Baxşəliyeva qurbanı olduğu qeyri-peşəkar diş həkimini məhkəməyə verəcək.

Oxu.Az xəbər verir ki, o, bu barədə “Instagram” səhifəsində məlumat yayıb.

“İndi gedirəm, geri dönəndə ilk işim dişimi o vəziyyətə salan səriştəsiz həkimi məhkəməyə vermək olacaq. Əgər həkimlikdən imtina edərsə, davamdan əl çəkəcəyəm”,-deyə teleaparıcı qeyd edib.

Xatırladaq ki, həmin həkim illər öncə X.Baxşəliyevanın dişini müalicə edərkən alət qırılıb və diş kökündə qalıb. Nəticədə güclü ağrı hissi ilə yanaşı, dişin dibində kista yaranıb və sinirə doğru böyüyüb.

A.S.


Digər xəbərlər

0.15218901634216