İspaniyada meşə yanğınları səbəbindən 500-dən çox insan təxliyyə edildi

  Bölmə: Dünya | 54 | 23:00 09-09-2017

İspaniyanın Uelva əyalətində geniş meşə yanğınları səbəbindən 500-dən çox insan təxliyyə edilib.

Oxu.Az Report-a istinadla xəbər verir ki, bu barədə şənbə günü EFE xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, yanğın cümə günü Əndəlusiya muxtar birliyinin Uelva əyalətində yerləşən La-Qranda-de-Rio-Tinto yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.

Ərazidən 500-dən çox sakin təxliyyə edilib. Yanğın ilə 350 yanğınsöndürən mübarizə aparır, hadisə yerinə xüsusi hava texnikası cəlb olunub.

A.S.

 

 


Digər xəbərlər

0.16059303283691