“Qarabağ” Londona yola düşüb

  Bölmə: İdman | 36 | 21:00 10-09-2017

Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında səfərdə “Çelsi” ilə qarşılaşacaq “Qarabağ” İngiltərəyə yollanıb.
 
Oxu.Az APA-ya istinadan xəbər verir ki, təmsilçimiz bu gün Bakı-London reysiylə görüşün keçiriləcəyi şəhərə yola düşüb.
 
Qeyd edək ki, “Çelsi” – “Qarabağ” matçı sentyabrın 12-si, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
 
UEFA Gənclər Liqasında mübarizə aparacaq U-19 komandası da əsas komandayla birgə səfərə yollanıb. Bu yarışda gənclərin “Çelsi”ylə oyunu sentyabrın 12-si, Bakı vaxtıyla saat 16:05-də başlayacaq.


Digər xəbərlər

0.15238904953003