BMT Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib

  Bölmə: Dünya | 18 | 03:00 12-09-2017

BMT Təhlükəsizlik Şurası KXDR-yə qarşı yeni sanksiyaların tətbiqinə dair qətnamə qəbul edib. Bu, Pxenyanın idxal və ixrac imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.

Oxu.Az Report-a istinadən xəbər verir ki, 2375 saylı müvafiq qətnamə Nyu-York vaxtı ilə bazar ertəsi axşam (Bakı vaxtı ilə çərşənbə axşamına keçən gecə) yekdilliklə qəbul edilib.

Sənədə əsasən, Şimali Koreyaya neft məhsulları tədarükünə məhdudiyyət qoyulacaq. Həmçinin KXDR-yə xam neft tədarükünün limiti də müəyyən edilib – həcmlər ötən 12 ayın göstəricilərini üstələməməlidir. Şimali Koreya, o cümlədən kondensat və qazkondensat maye ala, həmçinin toxuculuq məhsulları sata bilməyəcək.

S.B.


Digər xəbərlər

0.17719292640686