Mərkəzi Bank sədrinin müavini vəzifəsindən azad olundu – FOTO + YENİLƏNİB

  Bölmə: İqtisadiyyat | 36 | 10:00 12-09-2017

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Xəqani Abdullayev vəzifəsindən azad olunmasına münasibət bildirib.

Oxu.Az xəbər verir ki, X. Abdullayev APA-ya açıqlamasında bildirib ki, vəzifəsindən öz xahişi ilə azad olunub.

Yeni iş yerinə gəlincə, mütəxəssis qeyd edib ki, hazırda tanınmış xarici şirkətlərdən birində məsləhətçi kimi çalışır. X. Abdullayev şirkətin adını açıqlamaq istəməyib.

Qeyd edək ki, prezident İlham Əliyev Xəqani Abdullayevin AMB sədrinin müavini vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb.

09:32

Xəqani Abdullayev Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini vəzifəsindən azad olunub.

Oxu.Az xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı avqustun 1-də sərəncam imzalayıb.

A.M.


Digər xəbərlər

0.16425895690918