Messi ilk dəfə Buffona qol vurdu – VİDEO

  Bölmə: İdman | 72 | 02:00 13-09-2017

“Barselona”nın hücumçusu Lionel Messi karyerası ərzində ilk dəfə “Yuventus”un qapıçısı Canluicci Buffona qol vurub.

Oxu.Az-ın xəbərinə görə, qarşılaşma Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilib və kataloniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Messi 45-ci dəqiqədə adını tabloya yazdıraraq hesabı açıb. Matçın 56-cı dəqiqəsində İvan Rakitiç meydan sahiblərinin üstünlüyün iki topa çatdırıb. 69-cu dəqiqədə isə Messi dubla imza ataraq oyunda son hesabı müəyyənləşdirib.

Bu qrupun paralel keçirilən qarşılaşmasında Portuqaliyanın “Sportinq” klubu səfərdə Yunanıstanın “Olimpiakos” komandasına 3:2 hesabı ilə qalib gəlib.

S.B.


Digər xəbərlər

0.15895509719849