Sinqapurun tarixində ilk qadın prezident seçildi

  Bölmə: Dünya | 54 | 12:00 13-09-2017

Sinqapurun tarixində qadın ilk dəfə prezident olub.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu səsvermənin nəticələrini açıqlayan ölkənin Mərkəzi Seçki Komissiyasının sədri En Vay Çun bildirib.

Məlumata əsasən, parlamentin sədri Həlimə Yakub Sinqapurun yeni prezidenti seçilib.

Məlumata görə, 63 yaşlı H.Yakub həm də 47 il ərzində malay icmasından seçilən ilk prezidentdir.

A.M.


Digər xəbərlər

0.17036318778992