Ermənilərlə aramızdakı dolma davası və bilinməyən gerçəklər

  Bölmə: Dünya | 8379 | 10:14 19-05-2016
 Ermənilərlə aramızdakı dolma davası və bilinməyən gerçəklər

Elmi mənbələr hansı inkarolunmaz həqiqətləri üzə çıxarır?

Bizim ermənilərlə olan Qarabağ davamızın fonunda çox kiçik görünsə də... dolma mübahisəsi illərdir davam edir. Düşmən millət yeri gəldi-gəlmədi, ildə 7-8 dəfə dolma festivalı keçirməklə, bunu öz milli yeməkləri kimi təqdim etməklə yersiz mübahisələrə səbəb olurlar. 
 
“Mimino” filmindəki o məşhur dialoq kimin yadından çıxıb? “-Gedək evə, anam sənə yaxşı dolma bişirsin. Sən dolma sevirsən?
 
- Yox.
 
- Ona görə ki, sizdə dolma bişirməyi bacarmırlar. Bizim Dilicanda isə onu yaxşı bacarırlar". 
 
Erməni ilə gürcü arasındakı bu dialoq orta nəsil Azərbaycan tamaşaçısının beynində iz kimi qalıb. Ermənilər eyni filmdə həm dolmanı özəlləşdiriblər, həm Dilicanı, həm də restoranda “Şalaxo” adı ilə sifariş verib oynadığı “Köçəri” rəqsini. Amma biz bu dəfə həmin davalardan ən geniş yayılanını - dolmanı araşdıracağıq. Çünki bu yemək iddiası erməni həyasızlığının bariz nümunəsi kimi tez-tez qarşımıza çıxır - beynəlxalq yemək festivallarında, elə özlərinin keçirdiyi milli dolma festivallarında. 
 

Sözün etimologiyası hər şeyi deyir - doldurmaq... 

 
Öncə sözün etimologiyası barədə. Dolma qədim türk sözü olub, mənaca “dolmaq” felindən götürülüb. Bəzi regionlarda buna “sarma” da deyirlər. Ümumiyyətlə, dünyada dolmanın 30-a yaxın növü var: pip dolması, yarpaq dolması, göbələk dolması, əvəlik dolması, heyva dolması, alma dolması, balıq dolması, badımcan dolması, bibər dolması, kələm dolması və s.
 
Bizim ermənilərlə ortaq mübahisə predmetimiz olan dolma isə yarpaq dolmasıdır. Yarpaq dolması - üzüm yarpağı istifadə edilərək bişirilən dolmanın xüsusi bir növüdür. Yarpaq dolmasının tərkibi digər dolmalardan bir az fərqlidir. Haqqında dəqiq tarixi məlumat çox az olsa da, Türk-Azərbaycan mətbəxinin əsas yeməklərindəndir. Bunu dolmanın adı sübut edir. Sonralar bu, Osmanlı İmperiyası vasitəsilə başqa xalqların mətbəxinə daxil olub. 
 
Məhz bu səbəbdən başqa xalqların mətbəxində dolma görüb təəccüblənməyin yeri yoxdur. Bir neçə ay öncə Yunanıstana səfərim zamanı restoranların demək olar ki, hamısında “sarma” adı ilə təqdim olunan, içində ətdən daha çox düyü, bulğur, göyərti içliyi olan dolman görəndə bu problemin düşündüyümüzdən daha geniş bir coğrafiyanı əhatə etdiyinə əmin olmuşdum. Biz bu yeməyi ermənilərlə mübahisə predmetinə çevirdiyimiz kimi, osmanlı türkləri də yunanlarla eyni qovğanı aparır - üstəgəl, dolmanın sırasına paxlavanı və digər milli yeməkləri, içkiləri əlavə edərək. 
 
Maraqlıdır, hansı dildə dolma necə adlandırılır? Yunan dilində “dolmadaki”, gürcü dilində “t’olma”, erməni dilində “tolma”, fars dilində “dolme”, ərəb dilində “dolm” şəklində səslənir. Bundan başqa, bolqar dilində “sarmi”, makedon dilində “sarma”, macar dilində “sarma” deyiir. 


Mədəniyyət nazirlərinin dolma polemikası.

Bu arada Azərbaycan da sözügedən yeməyin bizə məxsus olduğunu sübut etmək üçün müvafiq cəhdlər edib. Belə ki, mayın əvvəlində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, türk dünyasına məxsus olan dolmanın bişirilmə ənənələrinin UNESCO-nun siyahısına daxil edilməsi üçün fayllar hazırlanır. Ermənistan isə Azərbaycanı dolmanı UNESCO-nun bütün türk dünyasının qeyri-maddi mədəni irsi siyahısına salmaq istəyini tənqid edib. Mədəniyyət naziri Hasmik Poğosyan deyib ki, Azərbaycan UNESCO-nu “siyasi döyüş meydanı”na çevirmək istəyir.
 
Qarayev bundan öncə qeyd edib ki, bədnam qonşular Azərbaycan mədəniyyəti daşıyıcılarına təzyiqlər edir. “Keçən il Ermənistan bütün Şərqdə istifadə olunan lavaşı mənimsəmək istəyib. Onlar lavaşın qeyri-mədəni irs kimi UNESCO-nun siyahısına daxil edilməsi üçün müraciət etdilər. Bu, təcavüz deyilmi?! Ona görə də Azərbaycan dövləti digər dövlətlərin mədəniyyət xadimləri və diplomatları ilə birləşərək, lavaşın hamıya məxsus olması barədə sübutlar təqdim edib” - nazir deyib.
 
 
Ermənistanın mədəniyyət naziri Poğosyan deyib ki, Azərbaycanın bu hərəkəti Ermənistanın “tolma” (“dolma”) adını UNESCO siyahısına salmaq cəhdinə cavabdır.
 
Elmi araşdırmalarda isə sübut olunub ki, “dolma” sözü ermənilərin izahlı lüğətlərində əsrlərdən bəri yer almayıb. Yalnız 1909-cu ildə Acaryan dolma sözünün türk dilindən əxz edildiyini yazır. Bundan başqa, erməni dilinin heç bir lüğətində “lavaş” sözü də yer almayıb. 
 

Tədbirlərdə dolma üstündə davalar... 

 
2014-cü ildə Türkmənistanda keçirilən “Aziada - 2017" usta sinfinin açılış mərasimində azərbaycanlılarla ermənilər arasında milli xörək qalmaqalı yaşanıb. Belə ki, tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətindən əvvəl Ermənistandan olan şəxslərə söz verilib. Ermənilər milli Azərbaycan yeməkləri olan dolmanı, lavaşı və s.-i qədim Ermənistan xörəkləri kimi təqdim ediblər.
 
Azərbaycan nümayəndə heyəti üzvlərinin çıxışçıları isə ermənilərin yalanını üzə çıxaracaq faktlar söyləyiblər. “Ermənistanlı həmkarıma mənim işimi asanlaşdırdığına, çıxışında və göstərdiyi filmdə yalnız qədim türk xörəklərini nümayiş etdirdiyinə görə minnətdarlığımı bildirirəm. Siz bu xörəklərin adlarına və hazırlanma qaydasına XI əsr türkmən şahzadəsi Mahmud Qaşqarinin ”Türklərin lüğəti", yenə XI əsr Balasaqunlu Yusifin “Kitabqu Bilik”, uyqur aşpazının Çingiz xan üçün yazdığı mətbəx kitabında və s. mənbələrdə tapa bilərsiniz" - Azərbaycan Kulinariya Asossasiyasının rəhbəri Tahir Əmiraslanov belə deyib.
 
Çıxışdan sonra Azərbaycan mətbəxinin qədimliyini əks etdirən slaydlar - 40 min yaşı olan Qobustan ət bölgüsü, 3700 yaşı olan Şəki samovarı, İsmayıllı muzeyindəki 2400 yaşı olan yağ, 2400 yaşı olan daşlanmış şərab, VII-VII əsrlərə aid Qəbələ damıtma aparatı, XVII-əsrə aid Ağsu şəkərbura maqqaşı, daşarası, plov çətəni və s. göstərilib. 

Erməni-lər bir çox başqa ölkələrin yeməklərini də mənimsəyiblər 

 
Tahir  Əmiraslanov bu günə qədər bu istiqamətdə aparılan mücadilələr barədə mediada danışıb. Məlum olub ki, onlar Ermənistan Kulinariya Assosiasiyasına məktubla müraciət edərək, istənilən 3-cü dövlətin iştirakı ilə yeməklərin milli mənsubluğunu araşdırmağı təklif edib: “Araşdırmalara görə, XVI əsrdən bəri erməni dilinin izahlı lüğətlərinin heç birində nəinki ”dolma", “lavaş” sözü, hətta ona oxşar ifadələr də yoxdur. 25 ildir ki, Ermənistan dünyada kulinariya üzrə keçirilən heç bir konqresə, konfransa dəvət almır". 
 
T.Əmiraslanov ermənilərin hərəkətini elmdə “kleptomaniya” xəstəliyi adlandırıldığını deyib: “Bu xəstəliyə düçar olan ermənilər digər xalqların mətbəxini də mənimsəyirlər. Onlar bu gün nəinki Azərbaycan mətbəxinə məxsus yeməkləri, eyni zamanda gürcü, türk, rus və digər xalqların mətbəxinə məxsus yeməkləri öz adlarına çıxmaqla məşğuldurlar. Məhz bu səbəbdən onları son illərdə beynəlxalq mətbəx müsabiqələrinə dəvət etmirlər” .

Digər xəbərlər

0.14476108551025