Qulağa taxılan bu cihaz eşitdiyiniz xarici dili dərhal tərcümə edir

  Bölmə: Maraqlı | 18765 | 15:55 04-06-2016

Xarici dil öyrənmək heç də hamı üçün asan olmur. Bəziləri xarici dilləri rahatlıqla mənimsədiyi halda, digərləri buna illərlə vaxt sərf etsə də nəticə ürəkaçan olmur. Hətta biz istəsək də, bütün xarici dilləri öyrənməyə vaxtımız çatmaz. Lakin yeni tərcümə cihazı bizi bütün bu çətinliklərdən xilas edə və bununla da xarici dilləri başa düşməklə bağlı hər şey keçmişin probleminə çevrilə bilər.

Waverly Labs adlı şirkət The Pilot adlandırdıqları bu sadə olduğu qədər də, çox fərqli cihaz onu qulağına taxan insana bir neçə dili başa düşmək imkanı yaradır. Bir növ sinxron tərcümə edən və bunu cihaz vasitəsilə dərhal sizin qulağınıza ötürən təcüməçi qurğu hesab edə bilərik. Qiyməti 129 dollar müəyyən edilən cihazı onlayn formada əvvəlcədən sifariş etmək də mümkündür.

Cihaz qulağınıza rahatlıqla taxa biləcəyiniz iki kiçik qurğudan ibarətdir.

Hələlik 4 dil – Fransız, İspan, İtalyan və İngilis dillərini tərcümə edən cihazın dil imkanlarının gələcəkdə daha da artırılması planlaşdırılır.

Qiyməti 129 dollar olacaq bu cihaz sentyabrdan satışa çıxarılacaq. Rahat tətbiq vasitəsilə siz istədiyiniz dili seçib, qurğunu idarə edə biləcəksiniz.

Qurğunun yaradıcısı deyir ki, o fransız qız ilə tanış olduqdan sonra bu cihazı yaratmaq ağlına gəlib. İş rejimi ilə videodan tanış ola bilərsiniz. 


Digər xəbərlər

0.60459303855896