“Neftçi” Avropa Liqasında mübarizəni dayandırdı

  Bölmə: İdman | 3015 | 13:18 22-07-2016

Futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilib.

icxeber.com xəbər verir ki, Azərbaycanın “Neftçi” klubu səfərdə Makedoniyanın “Şkendiya” komandasının qonağı olub.

Matç ev sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Oyunda yeganə qolu 31-ci dəqiqədə Besart İbraimi vurub.

Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz bərabərlik ilə bitmişdir. 

Beləliklə, iki oyunun nəticəsinə  əsasən “Neftçi” klubu Avropa Liqasında mübarizəni dayandırıb.

 


Digər xəbərlər

0.31124305725098