VƏHŞİLİK! Qəbiristanlıqda başdaşları sındırıldı - YENİLƏNİB - VİDEO - FOTO

  Bölmə: Cəmiyyət | 5067 | 18:59 01-08-2016

18:15

İmişli rayonun Qızılkənd qəbristanlığında 5 məzarın baş daşı naməlum şəxslər tərəfindən yerə aşırdılaraq sındırılıb.

icxeber.com Region TV-yə istinadən bildirir ki, hadisəni törədənlər qəbrstanlıqda mövcud olan kümbəzin qapısındakı qıfılı sındırıb içəri daxil olmaq isdəsələr də, buna nail ola bilməyiblər.

Kənd sakinləri baş daşıların sindırılması faktını səhər saatlarında yaxınlarının məzarlarını ziyarətə gələrkən aşkarlayıbla. Onlar dağıdılan məzar daşlarının müxtəlif ailələrin dünyasını dəyişə üzvülərinə məxsus olduğunu bildiriblər.

Sakinlər 1974-cu ildə salına qəbristanlıqda bu cür hadisə ilə ilk dəfə qarşılaşdıqlarını deyirlər. "5 qəbrin heç biri, bir-birinə uyğun gələn adamların deyil. Gülmalıyev mənim qardaşımın qəbridir. Mənim atamın xalası oğlunun qəbri də sınıb" deyə kənd sakini Qismət Gülmalıyev bildirir Sakinlər hadisənin hansı səbəbdən törədildiyini bilmədikləri deyiblər. Onların yeganə isdəyi bu əməli törədənlərin məsuliyyətə cəlb edilməsidir. "Sadəcə olaraq müəmmadı bizim üçün. Bu qəbirlər bir nəsilə aid deyek  ki, deyək ki, kimlərəsə nəsə eliyiblər, gəlib əvəz çıxırlar" deyə kənd sakini Yadigar Əmiraslanov bildirib. "O mənim atamın qəbridir. Bizə qaranlıqdır ki, kim eləyibdir. Ədavətimiz olan adam da yoxdu ki, deyək onlar eləyib" deyə kənd skini Elçin Xudayev bildirib.

Sakinlər hadisəylə bağlı aidiyyatı qurumlara məlumat verildiyini və araşdırmanın aparıldığını bildiriblər.

--------

09:56

İmişli rayonunda kənd qəbiristanlığında qəbir daşları naməlum şəxslər tərəfindən sındırılaraq aşırdılıb.

icxeber.com report-a istinadən bildirir ki, hadisə rayonun Qızılkənd kənd qəbiristanlığında baş verib. 

Belə ki, səhər saatlarında yaxınlarının qəbirlərini ziyarətə gələn sakinlər bu xoşa gəlməz mənzərənin şahidi olublar. Sakinlər qəbiristanlıq ərazisində bəzi məzar daşlarının sındırılaraq dağıdıldığını görüblər. Kənd sakinləri 1974-cü ildən salınan qəbiristanlıqda ilk dəfə belə bir hadisə ilə qarşılaşdıqlarını bildiriblər.

Kənd qəbiristanlığı Biləsuvar ərazisinin olduğu üçün bu barədə Biləsuvar polis şöbəsinə müraciət olunub.

---------

18:15


Digər xəbərlər

0.17937612533569