Azərbaycanda futbolçu ölüb - YENİLƏNİB - VİDEO - FOTO

  Bölmə: İdman | 3537 | 00:23 16-08-2016

23:58

Zaqatala Futbol Klubuna transfer olunan nigeriyalı legioner futbolçu məşq zamanı dünyasını dəyişib.

icxeber.com Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Maykl Umanyikanın bir müddət öncə kluba transfer olunduğu billdirilir.

Klubun baş məşqçisi Şaban Şirdanov bildirir ki, ilkin ehtimallara görə futbolçunun ölümünə səbəb ürəyində trombun qırılması olub: "Dəhşətli hadisədir. Güclü futbolçu idi. Yaxın dostumuz idi. Adi məşq edirdi. Hətda 5 dəqiqə əvvəl su fasiləsi verdik. Hər şey qaydasında idi. Biz eşitmişdik ki, futbolda durduq yerə yıxılaraq belə şeylər olur. Toqquşma olmadı. Birdən birə ayaqları bir-birinə ilişdi yıxıldı. Həkimlər gəldi və verdikləri rəyə görə, görünən odur ki, tropdan ölüm baş verib".

Klubun birinci liqaya hazırlıq məşqləri zamanı anidən dünyasını dəyişən futbolçunun sağlamlığında heç bir problemin olmadığı deyilir.

 

---------

22:01

"Zaqatala" futbol klubunun oyunçusu məşq zamanı ölüb.

icxeber.com APA-ya istinadən xəbər verir ki, bu gün saat 19:30 radələrində futbol klubunun Nigeriyadan olan, Maykl Umanyika məşq zamanı dünyasını dəyişib.

Futbolçunun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb.
 
Faktı klubun prezidenti Musa Qurbanov apasport.az saytına təsdiqləyib. O bildirib ki, Maykl Umanyika bu gün günorta saatlarında vəfat edib.
 
"Maykl ötən mövsüm də bizim komandada çıxış edirdi. Dünən yenidən bizə qoşuldu. Bu gün isə məşq zamanı vəfat etdi. Deyiləcək söz yoxdu, danışmaq çox çətindi. O, keçən mövsüm bizdə olanda bütün müayinələrdən keçmişdi. Ancaq indi təzə gəlib. Məşqdə də belə olub. Mən özüm indi Bakıdayam. Sabah Zaqatalaya gedəcəm" - deyə, Qurbanov bildirib.
 
Zaqatala Mərkəzi Xəstəxanasından bildirilib ki, ilkin müayinəyə görə futbolçunun ölümünə səbəb ürəyində trombun qırılması olub.
 
Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

0.43253588676453