Təcili yardım avtomobili qəzaya uğrayıb, xəsarət alanlar var

  Bölmə: Cəmiyyət | 1971 | 23:39 20-09-2016

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolu ilə Bakı-Qazax magistral yolunun kəsişməsində, Göygöl rayonu ərazisində qeydə alınıb.

“VAZ” 2107 və Göygöl rayon Mərkəzi xəstəxanasına məxsus “QAZel” markalı təcili yardım avtomobili ilə toqquşması nəticəsində “VAZ” da olan iki nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

S.B.


Digər xəbərlər

0.63740205764771