Azərbaycan Ordusu yerli istehsal olan PUA-larla təmin ediləcək

  Bölmə: Müharibə | 3555 | 20:13 27-09-2016

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində “ADEX 2016” İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovla müdafiə sənayesi naziri Yavər Camalov arasında Silahlı Qüvvələrin yerli istehsal olan pilotsuz uçuş aparatları(PUA) ilə təmin edilməsi barədə anlaşma memorandumu imzalanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, sənədə əsasən, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan yüzlərlə yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatları yaxın vaxtlarda Silahlı Qüvvələrin istismarına veriləcək.

E.Ə.


Digər xəbərlər

0.18531203269958