“Neftçi” yenə məğlub oldu

  Bölmə: İdman | 3087 | 23:06 27-09-2016

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub. 

Oxu.Az xəbər verir ki, turun son oyununda “Neftçi” doğma meydanda “Sumqayıt” klubunu qəbul edib. 

Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın 6-cı dəqiqəsində Cavid İmamverdiyev “Flqaman”ı hesabda irəli çıxarıb. 19-cü dəqiqədə Yusif Nəbiyev oyunda tarazlığı bərpa edib. “Sumqayıt”ın qələbə qolunu isə matçın 71-ci dəqiqəsində  Teymur Əsədov vurub.

Qeyd edək ki, bu “Neftçi”nin ölkə çempionatında ardıcıl 5-ci məğlubiyyətidir.

Turnir cədvəli:

Komanda

Xal

Oyun

1.

Qəbələ

16

6

2.

İnter

14

6

3.

Qarabağ

13

6

4.

Kəpəz

7

6

5.

Sumqayıt

7

6

6.

Zirə

6

6

7.

Neftçi

3

6

8.

AZAL

1

6

S.B.


Digər xəbərlər

2.9324598312378