Mərkəzi Bank uçot faiz dərəcəsini yenidən azalda bilər

  Bölmə: İqtisadiyyat | 493 | 11:48 13-10-2016

Azərbaycan Mərkəzi Bankı (AMB) bundan sonra da uçot dərəcəsini makroiqtisadi göstəricilərin dinamikası, o cümlədən inflyasiya üzrə meyilləri, habelə maliyyə bazarlarında gedən prosesləri nəzərə alınmaqla müəyyənləşdirəcək. 

Oxu.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq AMB-dən bildiriblər.

“İnflyasiyanın azalması və onun yenidən yüksəlməsi riskləri səngidiyi halda, uçot dərəcəsinin azaldılması məsələsinə baxıla bilər”, - deyə cavabda vurğulanır.

Qeyd edək ki, hazırda AMB-nin uçot dərəcəsi 15% səviyyəsindədir.

U.A.


Digər xəbərlər

0.23848295211792