AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri təxirə salınıb

  Bölmə: Siyasət | 4770 | 17:14 28-10-2016

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi həmməruzəçilərinin Azərbaycana bu ilin noyabr ayına planlaşdıran səfəri təxirə salınıb. 

Oxu.Az xəbər verir ki, bu barədə Report-a AŞPA həmməruzəçiləri Ştefan ŞennaxSezar Florin Preda bildirib.

Ş.Şennaxın sözlərinə görə, səfərin tarixi həmməruzəçilərin iş qrafiki ilə əlaqədar dəyişdirilib. 

S.F.Preda bildirib ki, həmməruzəçilərin Azərbaycana səfəri yanvar ayında baş tuta bilər. O bildirib ki, dekabr ayının 11-də Rumıniya parlamentinə namizədliyini irəli sürməyə hazırlaşır. 

Qeyd edək ki, o, Rumıniya parlamentinə seçilmədiyi təqdirdə AŞPA deputatı mandatından da məhrum olacaq. 

N.O.


Digər xəbərlər

0.50094199180603